Şahmatçılarımız Azərbaycan-Türkiyə yoldaşlıq görüşündə qələbə qazanıblar

idman

40068

Şahmatçılarımız Azərbaycan-Türkiyə yoldaşlıq görüşündə qələbə qazanıblar

Şahmat üzrə 16 yaşadək idmançılar arasında Azərbaycan və Türkiyə komandaları arasında onlayn yoldaşlıq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, sürətli şahmat üzrə keçirilən turnirdə Azərbaycan komandası 126:80 hesabı ilə qalib gəlib.
Komandamızın heyətində Xəzər Babazadə, Elmar Atakişiyev, Vüqar Manafov, Şiroğlan Talıbov və Mələk İsmayıl çıxış ediblər.