Qaradağ rayonunda ikimərtəbəli ev yanıb

hadise

37206

Qaradağ rayonunda ikimərtəbəli ev yanıb

Qaradağ rayonunda güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə ümumi sahəsi 390 kvadratmetr olan ikimərtəbəli evdə qeydə alınıb. Nəticədə evin dam örtüyünün taxta atmaları 195 kvadratmetr, ikinci mərtəbəsində bir otaq əşyalarla birlikdə 28 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan evin mətbəxinin lambirindən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.