Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb

hadise

18603

Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi “Kia Cerato” markalı avtomobil ilə gələn Rusiya vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Gömrük yoxlaması zamanı vətəndaşın avtomobilinin yük yerində, ehtiyat təkər hissəsində gömrük nəzarətindən gizlədilən, salonundakı əl yükündə isə bəyan olunmayan 1525 ədəd və 799 flakon dərman preparatı, 10 şpris, 1 ədəd dəmir qablaşdırmada tənzimləyici başlığı ilə bir yerdə qaz balonu, 1 ədəd plastik qablaşdırmada olan maye, 4 ədəd alışqan aşkarlanıb.