Şirvanda kanalizasiya quyusuna yıxılan kişi boğularaq ölüb

hadise

34344

Şirvanda kanalizasiya quyusuna yıxılan kişi boğularaq ölüb

Şirvan şəhərində bədbəxt hadisə baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, kanalizasiya quyusunda meyit aşkar olunub.

Belə ki, məscidə namaz qılmağa gələn Şirvan sakini, 1948-ci il təvəllüdlü Balaşov Şahmirzə Səfi oğlu kanalizasiya quyusuna düşərək boğulub. Onun meyiti quyudan FHN-in xilasediciləri tərəfindən çıxarılıb və məhkəmə tibb ekspertizasına təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.

xeberlertv.info