Biləsuvarda qadın sürücü maşını aşırdı, oğlu və daha 2 sərnişin dünyasını dəyişdi. » XeberlerTv.info

Biləsuvarda qadın sürücü maşını aşırdı, oğlu və daha 2 sərnişin dünyasını dəyişdi.

Biləsuvarda qadın sürücü maşını aşırdı, oğlu və daha 2 sərnişin dünyasını dəyişdi.
Ötən axşam Biləsuvarda 3 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasının təfərrüatları məlum olub.

Dünən axşam Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 82-ci km-də Bakı şəhəri, Buzovna qəsəbə sakini, 44 yaşlı Səadət Babaəli qızı Fərəczadənin idarə etdiyi “Hyundai X 35” markalı minik maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sərnişinlər—sürücünün 13 yaşlı oğlu Fərəc və 15 yaşlı sərnişini Riyad Çingiz oğlu Hüseynov aldıqları ağır xəsarətlərdən qəza yerində dünyalarını dəyişiblər. Sürücü özü və sərnişini olan 33 yaşlı rəfiqəsi Günel İsmayıl qızı Hüseynova isə Cəlilababad Mərkəzi Rayon xəstəxanasına çatdırılsalar da ağır vəziyyətdə olan G.Hüseynvanın da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Səmil Şahlar oğlu Quliyev

31 avq , 2019 22:30


Xəbər lenti