Sumqayıtda nənə və nəvəni maşın vurub

hadise

30051

Sumqayıtda nənə və nəvəni maşın vurub

Sumqayıtda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 60 yaşlı Gilə Hüseynovanı və onun 5 yaşlı nəvəsi Məryəm Muradovanı avtomobil vurub. Xəsarət alan nənə və nəvə dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Azyaşlının vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.