40 gün sənsiz və sənsiz həyat.

hadise

237546

40 gün sənsiz  və sənsiz həyat.

Çox təsüf ki, yol qəzalarında ölüm halları hər gün baş verir. Agır yol qəzası və yarıda qalan ömür. Ömür bir qatardı , zaman asta keçər düşünərik. Ətrafımızdakı hər şey bizə maraq dolusu gələr son dayanacaga çatana qədər. Qatar son dayanacaga çatanda yenə səyyahət etmək istərik. Elə o, zamanda hər şeyin bitdiyini bir daha anlıyarıq. Samirin ömrüdə qatarın son dayanacagına qədər oldu. Samir onu sevənlərdən birdəfəlik ayrıldı.O da digər şagirdlər kimi , hər gün məktəbə gedib gəlirdi.Amma bu gün bütün dostlarını tərk edib getdi. Samir məktəb yoldaşları , dostları, müəllimlərinin ürəyində silinməz bir izlər qoyub getdi.Dostları onun necə gülərüz siması olan, qarşısındakı insana xoş simasıyla müsbət enerji aşılamagı bacaran bir ailənin övladı idi. Elə bir dəyərli insanın hamımızın tanıdıgı , bir çoxlarının isə tanımadıgı Vətəndən kənarda fəaliyyət göstərməyinə baxmayaraq, lakin qəlbi Azərbaycanımızla döyünən , Qarabagımızda can qoyub torpaqlarımızın azadlıgı ugrunda döyüşən əziz Qazimiz Seyid Elmanın ilk övladıdı. O, atası kimi xeyirxaqlıq, Şəhidlərimizə və onların ürəyi daglı qalmış analarına necə dayaq durub könüllərini ovundurmaq və dərdlərinə şərik olmaq barədə planlar cızıb ,arzularını reallaşdırmaq idi. Nəticədə bir insan ömrü yarıda qaldı. Bir nəsil yasa qərq oldu. Onunla baglı arzularda elə planlarını həyata keçirmədən, şəhid analarımızın gözlərini yolda qoyaraq vaxtsız hər birimizi tərk etdi.Qismətdən qaçmaq olmaz deyiblər. Bəs bu qaçılmaz qismər nə oldu, nə ilə nəticələndi? Yolda gedərkən , bir sərnişin avtobusunun ehtiyatsızlıgı üzündən agır yol qəzasına düçar oldu. . Bu qəzada həyatını itirən Samir əbədi olaraq dünyasını dəyişdi.. Dostları Samirlə necə günlərinin xoş keçdiyini, necə təmiz, səliqəli, tərbiyəli bir övlad oldugunu bildirdilər. Heç kimə acı söz demədiyini, hamının sevgisini qazandıgını söylədilər. Müəllimləri onun bu həyatın ən gözəl dövründə erkən getdiyinə inana bilmədiklərini dedilər. Onun necə fərqlənən , çox tərbiyəli, agıllı , məsuliyyətli, seçilən, çalışqan şagirdlərdən biri oldugunu diqqətimizə çatdırdılar. Biz sənin gözəl ürəyinlə fəxr edirik , əziz balamız Samir. Sən səni sevənlər üçün əbədi yaşarsan. Bizdə sonda öz növbəmizdə Elman qardaşımıza və ailə üzvlərinə səbr diləyirik. Sizin acınız , kədəriniz bizimdə acımız, kədərimizdi. Bizdə hər zaman sizin yanınızdayıq. Sizi indi ən böyük arzuların reallaşması gözləyir. Sizə bu agır , məsuliyyətli yolda Samirimizin arzularını həyata tez bir zamanda keçirməyinizdə ugurlar arzulayırıq.
40 gün sənsiz  və sənsiz həyat.
40 gün sənsiz  və sənsiz həyat.
40 gün sənsiz  və sənsiz həyat.
40 gün sənsiz  və sənsiz həyat.
40 gün sənsiz  və sənsiz həyat.
40 gün sənsiz  və sənsiz həyat.
40 gün sənsiz  və sənsiz həyat.