Sabirabadda avtomobil kanala aşıb, ölənlər və yaralananlar var

hadise

25758

Sabirabadda avtomobil kanala aşıb, ölənlər və yaralananlar var
Sabirabadda avtomobil kanala aşıb, bir ailənin 2 üzvü ölüb, 2-i isə yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Koğlar kəndi ərazisində baş verib. Şamaxı rayon sakini Arzu Nuhəliyev “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın kanala aşıb. Hadisə nəticəsində sürücünün atası Sabahəli Nuhəliyev və qardaşı Zamin Nuhəliyev hadisə yerində dünyasını dəyişib. Sürücü və anası Xədicə Nuhəliyeva isə ağır xəsarət alıb. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ölənlərin meyidi FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırılma aparılır.