"Saipem" şirkəti ötən gün "İsrafil Hüseynov" gəmisində baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb.

hadise

25758

"Saipem" şirkəti ötən gün "İsrafil Hüseynov" gəmisində baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb.
SalamNews-un məlumatına görə, "Saipem" təəssüflə xəbər verir ki, 8 may 18:30 radələrində şirkət tərəfindən əməliyyat işləri aparan "İsarfil Hüseynov" borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən bədbəxt hadisə nəticəsində yanğın olub:

"Yanğın zamanı 14 nəfər müxtəlif dərəcli yanıq xəsarətləri alıb və "Citadel" gəmisi ilə Bakı sahilinə gətirilib. Yaralananlar dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırılıb. "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq. Vurğulamaq istərdik ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur".

Qeyd edək ki, ötən gün Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış baş verib. Səhiyyə Nazirliyinin məlumatına görə, “Mərkəzi Neftçilər Xəstəxanasına 14 nəfər yerləşdirilib. Onlardan 7-si stasionar şəraitdə müalicə alır, 7-si isə reanimasiyadadır. Reanimasiyada olanlardan 3-nün vəziyyəti kritikdir.