Yaşayış məntəqələrimizi hədəf alan düşmən raketi məhv edildi

hadise

21465

Yaşayış məntəqələrimizi hədəf alan düşmən raketi məhv edildi



Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu istiqamətinə atdığı “Toçka-U” tipli operativ taktiki tipli raketin görüntülərini əldə edib.

Cəhbə xəttinə ezam olunmuş müxbirimizin məlumatına görə, Azərbaycanın Hərbi Hava Qüvvələri həmin raketi göydə zərərsizləşdiriblər.

Görüntülərdən aydın olur ki, Hərbi Hava Qüvvələri raketin döyüş başlığını zərərsizlədiriblər və qalan hissəsi yaşayış məntəqəsinin bir neçə yüz metliyində yerə düşüb.

Göründüyü kimi, Ermənistan silahlı qüvvələri yenə də Azərbaycanın yaşayış məntəqələrini hədəf seçib. Raketin düşdüyü yerdə Azərbaycana məxsus hərbi obyekt, texnika, o cümlədən, şəxsi heyət yoxdur.