Bakıda 17 yaşlı qız intihara cəhd edib

hadise

28620

Bakıda 17 yaşlı qız intihara cəhd edib


Ötən gün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən intihara cəhd hadisəsi qeydə alınıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyunun 12-də, saat 03:20 radələrində 2003-cü il təvəllüdlü Qənirə Məmmədova Sabunçu qəsəbəsində yaşadığı evin hamamında özünü asmağa cəhd edib. Xoşbəxtlikdən, qohumları boğulmadan öncə onu xilas edə biliblər.

3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda Q.Məmmədovanı intihara sövq edən səbəblər müəyyənləşdirilir.