Qobustanda qəza olub, ölən var

hadise

81567


Qobustanda qəza olub, ölən var

Qobustan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qobustan şəhəri ərazisində beton daşıyan "KamAZ"ın "VAZ 2107" markalı minik avtomobilinə çırpılması nəticəsində minik maşınının sərnişini, 1956-cı il təvəllüdlü İsrafilov Şamil Səməd oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.