Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

hadise

30051

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıt şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Bakı küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki “Mercedes-Benz” markalı avtomobili toqquşub. Toqquşma nəticəsində avtomobillərdən biri yol kənarında dayanacaqda avtobus gözləyən 2000-ci il təvəllüdlü şəhər sakini Ramin Abbasovu vurub. Xəsarət alan 20 yaşlı gənc xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.