ABŞ Senatı Komitəsi gələn həftə Türkiyəyə qarşı sanksiyaları müzakirə edəcək

dunya

38637

ABŞ Senatı Komitəsi gələn həftə Türkiyəyə qarşı sanksiyaları müzakirə edəcək

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi, gələn həftə Türkiyəyə qarşı sanksiyalara dair qanun layihəsini, o cümlədən Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı məsələni müzakirə edəcək.

SalamNews-un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə komitənin saytında hazırlanan cədvəldə məlumat verilir.

Komitə qanun layihəsini səsə qoyub təsdiqləsə, onun qüvvəyə minməsi Senatın və Nümayəndələr Palatası tərəfindən qəbul edilməsindən asılı olacaq. Əgər sənəd Senat və Nümayəndələr Palatasında qəbul edilərsə daha sonra prezident Donald Trampın imzası tələb olunacaq.

Konqres Trampı Ankaraya qarşı əlavə sanksiyalar tətbiq etmək istəmədiyi üçün tənqid edir.