KXDR növbəti raket buraxılışını həyata keçirib

dunya

18603

KXDR növbəti raket buraxılışını həyata keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) noyabrın 28-də növbəti dəfə raket buraxılışını həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahına istinadla məlumat yayıb. Raket Şərq istiqamətində buraxılıb. Hələlik raketin detalları, habelə onun hansı hündürlükdə və nə qədər məsafə qət etməsi barədə məlumat yoxdur.
Bu, cari ildə KXDR-in 13-cü raket sınağıdır. Sonuncu dəfə oktyabrın 31-də 2 raket buraxılışı həyata keçirilmişdi.