İraqda nümayişçilərlə polis arasında toqquşmalarda səkkiz nəfər həlak olub

dunya

17172

İraqda nümayişçilərlə polis arasında toqquşmalarda səkkiz nəfər həlak olub

İraqın Di-Kar əyalətinin administrativ mərkəzi Ən-Nəsiriyyə şəhərində nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində azı səkkiz nəfər həlak olub.
AZƏRTAC Al Hadath telekanalına istinadla xəbər verir ki, səhiyyə sistemindəki mənbənin məlumatına görə, toqquşmalar zamanı, həmçinin 50 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xatırladaq ki, oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə mövcud problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Paytaxt İraqda və bəzi əyalətlərdə keçirilən dinc etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib.
Son məlumatlara görə, mitinqlərin başlanğıcından indiyədək 350 nəfərdən çox insan həlak olub, minlərlə insan yaralanıb.