Kanada məhkəməsi ölkədə İranın 28 milyon dollar dəyərində obyektlərini müsadirə edib

dunya

12879

Kanada məhkəməsi ölkədə İranın 28 milyon dollar dəyərində obyektlərini müsadirə edib

Kanadanın Ontario şəhərinin məhkəməsi ölkədə İrana məxsus olan və ümumi dəyəri 28 milyon dolları aşan obyektləri müsadirə etdiyini bildirib.

SalamNews xəbər verir ki, bu barədə Kanadanın "Global News" telekanalı məlumat yayıb.

Bildirilib ki, "ölkədə İran dövlətinə məxsus 28 milyon dollar dəyərində bir sıra obyektlər müsadirə edilib və bu obyektlər Hizbullah və HƏMAS-ın hücumlarından zərər çəkənlərə kompensasiya formasında ödəniləcək."

Əlavə edilib ki, "İran dövlətinin və yaxın qurumların Ottava və Toronto şəhərlərində olan obyektlərinin satılması ilə zərərçəkmişlərə ödənişlər edilib."

Qeyd edək ki, Kanadada 2012-ci ildə qəbul edilən "Terror qurbanlarına ədalət" qanunundan sonra, Hizbullah və HƏMAS-a qarşı irəli sürülən iddialara görə İran dövlətinin bu ölkədəki qeyri diplomatik obyektlərinin müsadirəsi məsələsi meydana çıxıb.

İran XİN bu gün verdiyi bəyanatda Kanadanın addımının qərəzli və heç bir beynəxalq hüquqa əsaslanmadığını bildirib və müsadirə edilən iki elmi-mədəniyyət obyektin qaytarılmasını tələb edib.