Afina yaxınlığında 3,8 bal gücündə zəlzələ baş verib

dunya

10017

Afina yaxınlığında 3,8 bal gücündə zəlzələ baş verib

Yunanıstanın Attika rayonunun şimal-şərq hissəsində Afina yaxınlığında 3,8 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, zəlzələnin episentri Nea Makri şəhərindən 8 kilometr şərq istiqamətində, 5 kilometr dərinlikdə qeyd olunub. Avropanın Aralıq dənizi seysmoloji mərkəzi və Afina Qeodinamika İnstitutu zəlzələnin Afinanın mərkəzində hiss edildiyini bildirib.
Qeyd edək ki, Yunanıstanda son zamanlar zəlzələlər səngimir. Ekspertlərin fikrincə, qısa sürən təkanların baş verməsi güclü zəlzələnin baş verməsi ehtimalını azaldır.