Ukraynada Dövlət Bayrağı Günü qeyd edilir

dunya

22896

Ukraynada Dövlət Bayrağı Günü qeyd edilir

Bu gün Ukraynada Dövlət Bayrağı Günü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə keçirilən təntənəli tədbirdə iştirak edib.
Kiyevin Sofiya meydanında bayraqqaldırma mərasimi olduqdan sonra Prezident Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin briqadalarına fəxri adlar verib. Tədbirdə Ukrayna Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin hərbçiləri, veteranlar, fəxri qonaqlar iştirak ediblər.
Qeyd edək ki, bayram münasibətilə Kiyev şəhər Dövlət Administrasiyasının binası qarşısında da bayraqqaldırma mərasimi keçirilib. Tədbirin sonunda Kiyev şəhərinin meri Vitali Kliçko bir qrup gəncə ilk pasportlarını təqdim edib, olimpiada, yaradıcılıq festivalları qaliblərini mükafatlandırıb.
Xatırladaq ki, hər il avqustun 23-ü Ukraynada Dövlət Bayrağı Günü qeyd edilir.