ABŞ-da A321 təyyarəsi tüstülənmə səbəbindən qəza enişi edib

dunya

20034

ABŞ-da A321 təyyarəsi tüstülənmə səbəbindən qəza enişi edib

ABŞ-ın “Hawaiian Airlines” aviakompaniyasına məxsus təyyarə tüstülənmə səbəbindən Havay adalarında qəza enişi edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident nəticəsində yeddi nəfər zərər çəkib. Onlar yerli xəstəxanalara yerləşdirilib. Hazırda dəm qazı ilə zəhərlənən sərnişinlərin həyatı üçün heç bir təhlükə yoxdur.
Oklenddən Havay adalarına uçan “Airbus 321” təyyarəsinın göyərtəsində 184 sərnişin və yeddi ekipaj üzvü olub. Mütəxəssislər hələlik tüstünün mənbəyini aşkarlaya bilməyib.