Tayvan sahillərində güclü zəlzələ olub

dunya

24327

Tayvan sahillərində güclü zəlzələ olub

Avqustun 8-də Tayvan sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Episentri Suao şəhərindən 16 kilometr cənub-şərqdə yerləşən zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Hələlik xəsarət və ya dağıntılar, eləcə də sunami təhlükəsi barədə məlumat verilmir.