İndoneziyadakı meşə yanğınlarının tüstüsü Malayziyaya çatıb

dunya

25758

İndoneziyadakı meşə yanğınlarının tüstüsü Malayziyaya çatıb

İndoneziyadakı meşə yanğınlarının tüstüsü Malayziya ərazisinə çatıb.
AZƏRTAC “The Malaysian Reserve” nəşrinə istinadla xəbər verir ki, İndoneziya Prezidenti Coko Vidodo yanğının qarşısının alınması üçün fasiləsiz tədbirlər görülməsi barədə göstəriş verib.
Malayziya Energetika, Elm, Texnologiyalar, Ətraf Mühit və İqlim Dəyişmələri Nazirliyinin bildirdiyinə görə, İndoneziyanın Sumatra və Kalimantan adalarında yanğınlar nəticəsində yaranan tüstüləmələr Klanq vahəsindəki Sarauak ştatında qeydə alınıb. Nazirlik küləyin tüstünü Malayziyanın digər regionlarına yayacağından ehtiyat edir.