Hindistanda yaşayış binasında yanğın nəticəsində ən azı 6 nəfər ölüb

dunya

31482

Hindistanda yaşayış binasında yanğın nəticəsində ən azı 6 nəfər ölüb

Hindistanda yaşayış binasında baş vermiş yanğın nəticəsində ən azı 6 nəfər ölüb. AZƏRTAC SBS telekanalının saytına istinadla xəbər verir ki, texnogen qəzanın baş verdiyi paytaxt Yeni Dehli şəhərinin hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırırlar. Daha 10 nəfərin də yanıq xəsarətləri ilə xəstəxanalara çatdırıldığı yanğının qəsdən törədildiyi bildirilir.
Yeni Dehli polisinin məlumatına görə, paytaxtın Zakir Naqar rayonunda törədilmiş yanğın nəticəsində binanın yaxınlığına park edilmiş yeddi avtomobil və bir neçə motosikletin də yandığı qeyd olunur.