Yaponiyada animasiya studiyasında törədilən yanğında 10-dan çox insan ölüb

dunya

32913

Yaponiyada animasiya studiyasında törədilən yanğında 10-dan çox insan ölüb
Yaponiyanın Kyoto şəhərində "Kyoto Animation" studiyasında yanğın baş verib. Bu barədə NHK kanalı polisə istinadən xəbər verir.

Polis yanğının qəsdən törədildiyi versiyasının üstündə dayanır, şübhəli şəxs saxlanılıb.

Son məlumatlara görə, hadisə nəticəsində 12 nəfər həyatını itirib.

SalamNews xəbər verir ki, yanğın anında üç mərtəbəli studiya binasında 70 nəfər çalışırmış.

Təxminən 40 nəfərin xəsarət aldığı bildirilir.