Miqrantları xilas edən İtaliya gəmisi müsadirə edilib

dunya

15741

Miqrantları xilas edən İtaliya gəmisi müsadirə edilib

İtaliyanın miqrantları xilasetmə üzrə qeyri-hökumət təşkilatına məxsus “Aleks” gəmisi müsadirə edilib.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, “Aleks” dənizdə 41 miqrantı xilas etdikdən Lampeduza adasına yan almaq üçün zorla limana daxil olub.
İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, sığınacaq axtaran şəxslərə gəmini tərk etməyə icazə verildiyi halda, gəminin kapitanı və ekipajı “qeyri-leqal miqrasiya”ya yardım iddiası ilə istintaqa cəlb edilib.