İraqın şimalında 15 terrorçu zərərsizləşdirilib

dunya

15741

İraqın şimalında 15 terrorçu zərərsizləşdirilib
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Haftanin bölgəsində yerləşən terror düşərgələrinə sarsıdıcı zərbələr endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytının “Twitter” səhifəsində məlumat verilir. Bildirilir ki, “Pençe hərəkatı” adı altında davam etdirilən əməliyyatda daha 15 terrorçu zərərsizləşdirilirb. PKK-ya məxsus silah anbarları, sığınacaq və təlim yerləri dağıdılıb.
Daxili İşlər Nazirliyinin məlumatında isə bildirilir ki, Diyarbəkirin Lice rayonu ərazisində keçirilən antiterror əməliyyatında da iki terrorçu məhv edilib.
Şırnakda isə PKK terrorçuları iki çobanı öldürüblər. Qanlı hadisə yerli əhalinin kəskin qəzəbinə səbəb olub.