Qətər Hərbi Hava Qüvvələrinin iki təyyarəsi havada toqquşub

dunya

15741

Qətər Hərbi Hava Qüvvələrinin iki təyyarəsi havada toqquşub
Qətər Hərbi Hava Qüvvələrinin iki təlim təyyarəsi havada toqquşub. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Qətər Əmirliyinin Müdafiə Nazirliyinin Twitter səhifəsində yer alıb.
Məlumatda deyilir: “Qətər Hərbi Hava Qüvvələrinin iki təlim təyyarəsi təlim uçuşları zamanı toqquşub. Pilotlar katapult edə biliblər. İnsidentin səbəbləri araşdırılır”.