Monteneqronun BƏƏ-dəki yeni səfirinin adına aydınlıq gəlib

dunya

12879

Monteneqronun BƏƏ-dəki yeni səfirinin adına aydınlıq gəlib

Duşanka Yekniç Monteneqronun Birləşmiş Ərəb Əmirliklərindəki yeni səfiri təyin olunub.
AZƏRTAC xəbər verir ki, xanım Duşanka Yekniç iyulun 9-da etimadnaməsini BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin Rəşid Əl Maktuma təqdim edib.
Şeyx Məhəmməd bin Rəşid Əl Maktum yeni səfirə fəaliyyətində uğurlar arzulayıb.
Monteneqro XİN-in yaydığı bəyanatda bildirilir ki, yeni səfir iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək və əməkdaşlığı təşviq etmək üçün səylərini əsirgəməyəcək.