Çində 4,8 bal gücündə zəlzələ olub

dunya

44361

Çində 4,8 bal gücündə zəlzələ olub

Çinin Siçuan vilayətinin İbin şəhəri yaxınlığında iyulun 3-də 4,8 bal gücündə zəlzələ olub.
AZƏRTAC Çin Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, zəlzələnin episentri yer səthindən 10 kilometr dərinlikdə olub. Zərərçəkənlər və yaralananlar, həmçinin dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, iyunun 17-də və iyunun 22-də İbin şəhəri ərazisində baş verən zəlzələlərdə ümumilikdə, 13 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Zəlzələnin törətdiyi fəsadlarla əlaqədar 80 min sakin təxliyə edilib.