İzmirdə Petkim limanında partlayış baş verib, ölən var

dunya

37206

İzmirdə Petkim limanında partlayış baş verib, ölən var

İzmirin Əliağa rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-a məxsus Petkim Limanında dayanan İtalyan bayraqlı gəmidə partlayış baş verib, daha sonra güclü yanğın başlayıb. Yanğın qurudan və dənizdən edilən müdaxilə ilə söndürülüb.

SalamNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmidə ümumilikdə 17 nəfər olub. Hadisə nəticəsində 1 nəfər həyatını itirib, 16 nəfər Əliağa xəstəxanasına yerləşdirilib.

Yanğınla bağlı araşdırma başlayıb.

İlkin versiyaya görə, hadisə gəmiyə yanacaq doldurulması əsnasında baş verib.