ABŞ-da 2020-ci il prezident seçkilərində demokratların namizədlərinin ilk debatlarının ikinci hissəsi keçirilib » XeberlerTv.info

ABŞ-da 2020-ci il prezident seçkilərində demokratların namizədlərinin ilk debatlarının ikinci hissəsi keçirilib

ABŞ-da 2020-ci il prezident seçkilərində demokratların namizədlərinin ilk debatlarının ikinci hissəsi keçirilib

İyunun 27-də Mayamidə 2020-ci il prezident seçkilərində demokratların namizədlərinin ilk debatlarının ikinci hissəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, budəfəki debatlarda ABŞ Prezidenti vəzifəsinə Demokratlar Partiyasını təmsil edən 24-dən çox iddiaçıdan 10 nəfəri çıxış edib: keçmiş vitse-prezident Co Bayden, senatorlar Kamala Harris (Kalifoniya), Maykl Bennet (Kolorado), Kirsten Hillibrand (Nyu-York) və Berni Sanders (Vermont), Saut-Bend şəhərinin (İndiana ştatı) meri Pit Buttiqeq, Koloradonun keçmiş qubernatoru Con Hikenluper, Nümayəndələr Palatasının üzvü Erik Svauhell (Kaliforniya), özünəyardım (şelf-help) janrında yazıçı Marianna Uilyamson və sahibkar Endrü Yanq.
NBC teleşirkəti tərəfindən keçirilən debatlarda ABŞ-ın daxili və xarici siyasəti, o cümlədən səhiyyə problemləri, abort və irqi ayrı-seçkiliklə bağlı məsələlər, silah satışını və ondan istifadəni tənzimləyən qanunlar, immiqrasiya məsələləri müzakirə edilib.
Bütün namizədlər Prezident Trampı onun immiqrasiya və İranla qarşıdurma siyasətinə görə kəskin tənqid ediblər. Sanders, Bayden və Harris Trampın 2017-ci ildə qəbul etdiyi, vergilərin azaldılması barədə qanuna mənfi münasibət bildirərək vurğulayıblar ki, bu qanun yalnız korporasiyalara və varlı amerikalılara xeyir verib. Namizədlərdən bir neçəsi miqrant uşaqları öz ailələrindən ayırmağa şərait yaradan tədbirlərə görə Tramp Administrasiyasını tənqid edib.

28 in , 2019 13:30


Xəbər lenti