Şiraz yolunda ağır qəza: 5 nəfər diri-diri yandı

dunya

72981

Şiraz yolunda ağır qəza: 5 nəfər diri-diri yandı

İranda dəhşətli qəza nəticəsində 5 nəfər diri-diri yanıb.

Axar.az xəbər verir ki, bu gün səhər saatlarında Firuzabad-Şiraz yolunda "Pejo 405" ilə "Nissan" markalı avtomobil toqquşub.

Nəticədə "Pejo"da olan 5 nəfər diri-diri yanıb, "Nissan"dakı 4 nəfər isə ağır yaralanıb.

Qeyd edək ki, mütəxəssislər İranda tez-tez yaşanan bu dəhşətli qəzaları ölkənin yol infrastrukturunun bərbad olması ilə əlaqələndirirlər.