Misir Londonda hərraca çıxarılacaq Tutanxamonun büstünün geri qaytarılmasını tələb edə bilər

dunya

18603

Misir Londonda hərraca çıxarılacaq Tutanxamonun büstünün geri qaytarılmasını tələb edə bilər

Misir hökuməti firon Tutanxamonun büstünün ölkəyə qaytarılmasını Böyük Britaniyadan tələb edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə ABC kanalı tanınmış misirli arxeoloq Zahi Havasiyə istinadla xəbər yayıb.
Qeyd edilib ki, Tutanxamonun daşdan hazırlanan və üç min ildən çox yaşı olan büstünün iyulun 4-də Londonda “Christie”s auksion evində hərraca çıxarılacagı gözlənilir. Şəxsi kolleksiyada olan bu nadir artefakt təxminən 5 milyon dollar dəyərində qiymətləndirilir.
Z.Havasinin fikrincə, böyük ehtimalla Amon adlı Günəş tanrısı obrazında təsvir olunmuş büst Karnak məbədindən oğurlanıb. Misir fironun büstünün ölkəyə qaytarılması üçün “etik hüquqa” malikdir. O xüsusi vurgulayıb ki, Misir heç kəsə öz tarıxı abidələrini satmağa imkan verməyəcək.