Çində kömür mədənində baş verən partlayış 9 nəfərin ölümünə səbəb olub

dunya

10017

Çində kömür mədənində baş verən partlayış 9 nəfərin ölümünə səbəb olub

Çinin Cilin vilayətindəki kömür mədənində baş verən partlayış və ardınca yaranan dağıntı nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb.
AZƏRTAC yerli hökumətin məlumatına istinadla xəbər verir ki, hadisə iyunun 9-da axşam saatlarında Ciutay şəhəri ərazisində baş verib. Partlayış Rixter cədvəli üzrə 2,3 bal gücündə təkanların yaranmasına səbəb olub.
Hadisə yerinə gələn xilasedicilər dağıntılar altından ölənlərin cəsədlərini çıxarıblar. Yaralılar xəstəxanalara yerləşdiriliblər.