Litvada alkoqollu məhsulların üzərində nəzarəti tənzimləyən qanun qəbul olunub

dunya

12879

Litvada alkoqollu məhsulların üzərində nəzarəti tənzimləyən qanun qəbul olunub

Litva parlamenti iyunun 6-da keçirdiyi iclasda ölkədə alkoqollu məhsulların üzərində nəzarət tənzimləyən yeni qanun qəbul edib. Qanun uşaqların psixikasında alkoqolu xatırladacaq bütün məhsulları qadağan edir.
AZƏRTAC xəbər verir ki, yeni qanunda alkoqollu içkiləri təqlid edən bütün ərzaq məhsulları, o cümlədən, oyuncaqlar və içkilərin qadağası ehtiva olunub. Bunların arasında uşaqların çox sevdikləri “uşaq şampanı” da var.
Litvanın səhiyyə naziri Aurelius Vereqa mətbuata açıqlamasında qərarı belə izah edib: “Biz uşaqlarımızın sağlam gələcəyini təmin etməliyik. Məhz bu səbəbdən onlarda alkoqollu içkilərə maraq yarada biləcək hər şeyi qadağan etmək lazımdır”.
Yeni qanun noyabrın 1-dən qüvvəyə minəcək. Litvada həmçinin yaşı 20-yə çatmamış gənclərə də spirtli içkilər satılmır.