Yaponiyada yeni qanun layihəsi valideynlərin uşaqlara fiziki cəza verməsini qadağan edir

dunya

37206

Yaponiyada yeni qanun layihəsi valideynlərin uşaqlara fiziki cəza verməsini qadağan edir

Yaponiya parlamentinin aşağı palatası uşaqlara qarşı zorakılıq aktları barədə qanun layihəsini yekdilliklə bəyənib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu qanun layihəsi yuxarı palataya göndərilib və parlamentin cari sessiyası ərzində qüvvəyə minəcək.
Qanun layihəsi valideynlərin uşaqlara tərbiyə tədbiri kimi fiziki cəza verməsini qadağan edir. Eyni zamanda, sənəd həkimlərin peşəkar bilik mübadiləsi məqsədilə uşaqların rifahının mühafizəsi mərkəzlərinə göndərilməsini nəzərdə tutur.
Yeni layihə, həmçinin uşaqlara qarşı zorakılığa görə əlavə tədbirlər görülməsini əks etdirir. Bununla yanaşı, mütəxəssislərin zorakılığa meyilli valideynlərə məsləhətlər verməsini, əhalinin və zorakılıq hallarının sayı nəzərə alınaraq hər bir bələdiyyə təhsili müəssisəsinə məxsus uşaqların rifahının mühafizəsi mərkəzlərində əməkdaşların sayının artırılmasını nəzərdə tutur.