Türkiyə və Rusiyanın müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə edib

dunya

25758

Türkiyə və Rusiyanın müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə edib
Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar arasında telefon söhbəti baş tutub. SalamNews xəbər verir ki, tərəflər Suriyanın İdlib şəhərindəki gərginliyin azaldılması ilə bağlı tədbirləri müzakirə edib.

"Türkiyə və Rusiyanın müdafiə nazirləri arasında danışıqlar keçirilib, onlar İdlibdə baş verən son hadisələri müzakirə edib, həmçinin regiondakı gərginliyin azaldılması istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparıb", Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata əsasən, tərəflər həmçinin regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.