Suriyada terrorçuların raket hücumları nəticəsində uşaqlar ölüb

dunya

14310

Suriyada terrorçuların raket hücumları nəticəsində uşaqlar ölüb
Terrorçular iki gündür Suriya şəhərlərini raket atəşinə tutublar, ölən və yaralanan arasında uşaqlar da var.

SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri Viktor Kupçişin məlumat verib.

Yerli sakinlərin verdiyi ifadələrə görə, bazar günü saat 11 radələrində terrorçular Skalbiya şəhərinə üç raket atıblar.

"Onlardan ikisi yaşayış evinə düşüb, bir qadın ölüb, iki uşaq yaralanıb. Üçüncü raket yerli kilsənin yaxınlığında partlayıb, burada beş uşaq ölüb", Kupçişin bildirib.