Əfqanıstanda iki partlayış nəticəsində azı doqquz nəfər həlak olub

dunya

54378

Əfqanıstanda iki partlayış nəticəsində azı doqquz nəfər həlak olub
Ötən sutka ərzində Əfqanıstanda törədilən iki partlayış nəticəsində azı doqquz nəfər həlak olub, bir o qədər insan da müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC Sınxua informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin mərkəzində Daykundi əyalətində avtomobilin yol kənarında quraşdırılan partlayıcı qurğu ilə partladıması nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bundan başqa, Əfqanıstanın şimal-qərbində yerləşən Fəryab əyalətində dörd uşaq minaya düşərək həlak olub, beş uşaq isə xəsarət alıb.

Hakimiyyət orqanları hadisələrin məsuliyyətini ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatının üzərinə qoyub.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində birgə əməliyyatlar keçirirlər.