Əfqanıstanda taliblərin hücumu nəticəsində 40 dinc sakin ölüb

dunya

45792

Əfqanıstanda taliblərin hücumu nəticəsində 40 dinc sakin ölüb
Son dörd gün ərzində “Taliban” hərəkatının fəaliyyəti nəticəsində Əfqanıstanın bir neçə əyalətində azı 40 dinc sakin həlak olub, 21 nəfər isə yaralanıb.
AZƏRTAC Khaama Press informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın təhlükəsizlik strukturlarındakı mənbə bildirib.
Məlumata əsasən, Host əyalətində beş dinc sakin həlak olub, Baqlan əyalətində beş nəfər öldürülüb, iki nəfər yaralanıb, Hilmənd əyalətində dörd, Nanqarhar əyalətində altı mülki şəxs xəsarət alıb. Həmçinin Fəryab əyalətində üç dinc sakin qətlə yetirilib, iki nəfər yaralanıb. Herat əyalətində isə yeddi nəfər həlak olub, bir o qədər insan xəsarət alıb. Bundan əlavə, Hor əyalətində azı 20 mülki şəxs öldürülüb.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində birgə əməliyyatlar keçirirlər.