Yaponiyada qəzaya uğramış F-35A qırıcısının “qara qutu”sunun parçaları tapılıb

dunya

168858

Yaponiyada qəzaya uğramış F-35A qırıcısının “qara qutu”sunun parçaları tapılıb
Yaponiyada aprelin əvvəllərində Sakit okeanda qəzaya uğramış F-35A qırıcısının “qara qutu”sunun parçaları tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 7-də Yaponiyanın müdafiə naziri Takeşi İvaya məlumat verib.
Bildirilir ki, axtarış əməliyyatları zamanı aşkar edilən “qara qutu”nun parçalarında F-35A qırıcısının son uçuşu barədə məlumatlar yoxdur. Bununla yanaşı bildirilir ki, ki, “qara qutu”nun digər hissələrinin tapılması üçün axtarış əməliyyatları davam etdirilir.
Xatırladaq ki, Yaponiya özünümüdafiə qüvvələrinin F-35A qırıcısı aprelin 9-da Aomori prefekturasının Sakit okean sahillərində qəzaya uğramışdı. Təyyarə “Mitsubishi Heavy Industries” şirkətinin Yaponiyadakı zavodunda yığılmışdı. Bu, F-35A qırıcısı ilə baş verən birinci hadisədir.
F-35 qırıcıları “stels” texnologiyasından istifadə edən və nüvə silahı daşımağa qabil çoxməqsədli döyüş təyyarəsidir. ABŞ ilə birlikdə daha 8 ölkə - Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç və Türkiyə onun hazırlanmasında iştirak edir. İsrail və Yaponiya da həmin təyyarələrin alıcısıdır.