Yaponiyada vulkan 600 metr hündürlüyə kül və tüstü püskürüb

dunya

88722

Yaponiyada vulkan 600 metr hündürlüyə kül və tüstü püskürüb
AZƏRTAC

Yaponiyada vulkan 600 metr hündürlüyə kül və tüstü püskürüb
03.05.2019 [15:31] DÜNYA
Tokio, 3 may, AZƏRTAC

Mayın 3-də Yaponiyanın Kyüşü adasında yerləşən Aso vulkanının kraterlərindən biri 600 metr hündürlüyə kül və tüstü püskürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, püskürmə çox hündür hesab edilməsə də, Nakadake-1 kraterinə bir kilometrdən artıq yaxınlaşmaq təhlükəlidir.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.
Xatırladaq ki, dünyanın ən böyük vulkanlarından biri sayılan Aso son dəfə aprelin ortalarında püskürüb.