ABŞ ştatlarında baş verən qasırğalar nəticəsində səkkiz nəfər həyatını itirib

dunya

81567

ABŞ ştatlarında baş verən qasırğalar nəticəsində səkkiz nəfər həyatını itirib
ABŞ-ın Texas, Louisiana, Mississippi və Alabama ştatlarında baş verən tornado nəticəsində səkkiz nəfər həlak olub, onlarla insan yaralanıb və itkin düşüb. Bu barədə "USA Today" nəşri xəbər verir.

Xeberlertv.info SalamNews-a istinadla verdiyi xəbərə görə, ölkədə təxminən 100 min ev və kommersiya binasında elektrik enerjisinin təchizatı dayanıb.

Qəzetin məlumatına görə, Texasın şəhərlərindən birində azı 25 nəfər yaralanıb. Onlardan 8-nin vəziyyəti ağırdır.

Mississippidə təxminən 20 nəfər yaralanıb.