Qazaxıstan parlamenti paytaxtın Nursultan adlandırılması barədə qanun layihəsini qəbul edib

dunya

51516

Qazaxıstan parlamenti paytaxtın Nursultan adlandırılması barədə qanun layihəsini qəbul edib
Qazaxıstan parlamentinin Aşağı və Yuxarı palatalarının birgə iclasında paytaxt Astana şəhərinin Nursultan adlandırılması barədə qanun layihəsi qəbul edilib.

Xeberlertv.info TASS-a istinadən xəbər verir ki, deputatlar təklif olunan düzəlişlərə yekdilliklə səs veriblər.

Beləliklə, qanun parlament tərəfindən qəbul olunduqdan sonra Prezidentə imzalanması üçün təqdim olunacaq.
Qazaxıstanın Prezidenti vəzifəsinin icrasına başlayan Kasım-Jomart Tokayev Qazaxıstanın paytaxtı Astana şəhərinin adını dəyişdirilərək Nursultan adlandırılmasını təklif edib.

Bu barədə "Xeberlertv" Qazaxıstan KİV-inə istinadən xəbər verir.

"Paytaxtımız Prezidentimizin adını daşımalı və Nursultan adlanmalıdır" - deyə Tokayev deyib.

Bundan əlavə, Tokayev Nursultan Nazarbayevi dövlətdə mövcud olan bütün yüksək səviyyəli mükafatlarla təltif etmək təklifini verib.

"Hesab edirəm ki, hamı Elbasının (Millətin lideri - red.) dövlətimizin ən yüksək adlarına - "Xalık Kaharmanı" (Xalq Qəhrəmanı) və "Embek Eri" (Əmək Qəhrəmanı) mükafatlarına layiq olduğu ilə razılaşar", - Tokayev söyləyib.

Tokayev həmçinin Nazarbayevə "fəxri senator" statusunun verilməsini zəruri hesab edir: "Qazaxıstanın ilk Prezidentinin şəkilləri isə bütün ictimai yerlərdə icbari atribut olaraq qalacaq".