İndoneziyada daşqın qurbanlarının sayı 107-yə çatıb

dunya

47223

İndoneziyada daşqın qurbanlarının sayı 107-yə çatıb
İndoneziyanın şərqindəki Papua əyalətində güclü leysan yağışlarının səbəb olduğu daşqın və sürüşmələr nəticəsində azı 107 nəfər ölüb.

Xeberlertv.info TASS-a istinadən xəbər verir ki, bu barədə axtarış-xilasetmə əməliyyatının nümayəndəsi Udi Yanto bildirib.

Rəsmi məlumatlara görə, hələ 93 nəfər itkin düşmüş hesab edilir.

Qeyd edək ki, 9,6 mindən çox indoneziyalı evini tərk etmək məcburiyyətində qalıb, hazırda onlar 20 müvəqqəti yaşayış mərkəzində yerləşdirilib.