Cənubi Koreyada neft tankerində baş verən yanğında iki nəfər ölüb

dunya

70119

Cənubi Koreyada neft tankerində baş verən yanğında iki nəfər ölüb
Cənubi Koreyanın sahil sularında neft tankerində baş verən yanğın nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Xeberlertv.info Yonhap agentliyinə istinadla xəbər verir ki, ölkənin cənubunda sahildən 5 kilometr məsafədə hərəkət edən tankerdə yerli vaxtla səhər 5:40-da yanğın meydana gəlib. Köməyə gələn qüvvələr idarəetmə otağında iki heyət üzvünün cəsədini aşkarlayıblar. Ağır yanıq xəsarəti alan gəminin baş mühəndisi isə xəstəxanaya yerləşdirilib.
Yanğın vaxtı tankerdə 6 nəfərin olduğu bildirilir. Onlardan dördü yanğın baş verəndən dərhal sonra xilas ola bilib.
Yanğınsöndürənlər dörd saata yaxın müddətdə yanğını nəzarət altına ala biliblər. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.