Misir Rusiyadan qırıcı təyyarələr alacaq

dunya

35775

Misir Rusiyadan qırıcı təyyarələr alacaq
Misir Rusiyadan “Su-35” qırıcı təyyarələri alacaq.
Xeberlertv.info xəbər verir ki, Rusiya ilə Misir arasında 20-dən çox “Su-35” qırıcı təyyarəsi və sursatın satışı barədə müqavilə imzalanıb. Müqavilə 2 milyard dollar məbləğində dəyərləndirilir. Təyyarə və sursat 2020-2021-ci illərdə Misirə çatdırılacaq.
Son illər Misir Rusiyadan müasir hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri, helikopterlər və qırıcı təyyarələrin alınmasına dair bir neçə müqavilə imzalayıb.