Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb

dunya

52947

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
Əfqanıstanın cənubunda Qəndahar əyalətində son bir neçə gün ərzində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
Xeberlertv.info RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, daha 140 nəfər isə daşqınların yaratdığı fəsaddan əziyyət çəkir.
Xatırladaq ki, daha əvvəl hadisə nəticəsində 20 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, daşqın son 7 il ərzində ölkədə baş verən ən güclü təbii fəlakətdir.