Ermənistandakı rus qırıcıları havaya qaldırıldı

dunya

54577

Ermənistandakı rus qırıcıları havaya qaldırıldı
Rusiyanın Ermənistanda yerləşən “Erebuni” aviasiya bazasında 20-dən artıq qırıcı təyyarə və helikopteri təlim-döyüş tapşırıqlarını yerinə yetirmək üçün havaya qaldırılıb.

Xəbərlərtv Axar.az-a isdinadən xəbər verir ki, bu barədə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin mətbuat xidməti informasiya yayıb.

Ermənistandakı Rusiya hərbi bazasının şəxsi heyəti isə “Alaqyaz” poliqonuna qədər 100 kilometrlik mars həyata keçirib.

Təlimlərin keçirilməsində məqsəd hərbi hava qüvvələrinin döyüş hazırlığının yoxlanması olub.