ABŞ Sakit okeanı plastik zibillərdən bu cür təmizləyir

dunya

60118

ABŞ Sakit okeanı plastik zibillərdən bu cür təmizləyir
Sentyabrın 8-də ABŞ-ın Los-Anceles şəhərindən Sakit okeana 610 metrlik nəhəng təmizləyici boruya sahib gəmi buraxılıb.

Xəbərlərtv Qaynarinfo.az-a istinadən xəbər verir ki, böyük panelə sahib qurğu plastik zibilləri toplayacaq. Proses zamanı plastik tullantılar panelə avtomatik olaraq daxil olacaq və təmizləmə prosesi asanlaşacaq. Qurğu 350 milyon ton zibilin olduğu Sakit Okeanın Zibillik Bölgəsində işləyəcək.

Növbəti 5 il ərzində tullantıların 50%-inin, 2040-cı ilə qədər isə 90%-inin təmizlənməsi gözlənilir. Nəticədə məhv olmaq təhlükəsi ilə üz-üzə olan dəniz canlılarının həyatı xilas olacaq.

Qeyd edək ki, milyonlarla ton plastik tullantı ilə zibillənmiş okeanlarda vəziyyət günbəgün pisləşir. Kiçik hissələrə parçalanan plastik əşyalar təmizlik prosesini çətinləşdirir və canlılar üçün daha böyük təhlükəyə çevrilir.